Sənin əllərini kəsəcəm: Məşhur tennisçi təhdid olunub
Rusiyalı tennisçi Mirra Andreyeva naməlum şəxslər tərəfindən hədələndiyini bildirib.
Aut.az xəbər verir ki, onlardan biri tennisçini əllərini kəsməklə hədələyib.
“France Presse” agentliyi rusiyalının sözlərini sitat gətirib: “Düşünürəm ki, hər bir oyunçu çoxlu nifrət mesajları alır”.
O, 14 yaşında ilk ITF turnirlərindən birini uduzduqdan sonra “Səni tapıb əllərini kəsəcəyəm” mesajı aldığını xatırladıb. Rusiyalı bu təhdidi bu günə qədər xatırladığını etiraf edib.
Çərşənbə günü Andreyeva Dubayda keçirilən turnirdə 1/4 finala yüksəlib.
Andreyeva indi turnirlərdə özünü təhlükəsiz hiss edir, çünki o, avtoqraf verərkən həmişə ən azı 3-4 mühafizəçinin əhatəsində olur.
Aut.az
