İspaniya

Mbappenin debütündən danışdı: Şərəf və tərif…

“Real”ın yarımmüdafiəçisi Cud Bellingem UEFA Superkuboku matçında “Atalanta” üzərində qazanılan qələbəni (2:0) şərh edib.

Aut.az xəbər verir ki, o, eyni zamanda hücumçu Kilian Mbappenin debütünü dəyərləndirib.

“Yeni komandamız var. Deyəsən, bu gün hər şey yaxşı getdi. Bəzən vaxt tələb olunur. Birinci hissədə uyğunlaşdıq, amma ikinci yarıda hər şey mükəmməl alındı. Əla idik.

Məşqçi mənim mövqe instinktlərimə güvənir. Lazım olanda qabağa gedə və ya əksinə, müdafiəni təşkilinə kömək edə bilərəm. Ümid edirəm ki, komandanın qalib gəlməsinə hər zaman kömək edə bilərəm. Mənim üçün bu, ən vacib şeydir.

Mbappeyə gəlincə, o, parlaq oyunçulardan biridir. Bu qədər ağıl, bu qədər ifaçılıq bacarığı. Və eyni zamanda əla komanda oyunçusudur. O, bütün digər futbolçular kimi, komanda üçün çalışır. Şərəf və tərif – o, bu gün bu sözlərə layiq idi”.

Aut.az