İngiltərə

Təsdiqləndi:”Çelsini tərk edir, bu klub onunla maraqlanır

Braziliyalı müdafiəçi Tiaqo Silva bu mövsümün sonunda azad agent kimi “Çelsi”sini tərk edəcək.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Fabritsio Romano “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, ayrılma qərarı artıq verilib və yaxın vaxtlarda təsdiqlənəcək. Yanvar ayında Silva “Çelsi”nin yeni müqavilə təklifini rədd etmişdi. “Fluminense”nin Tiaqo ilə çoxdan maraqlandığı da bildirilir.

39 yaşlı braziliyalı oyunçu 2020-ci ilin avqustundan London klubunda çıxış edir. Silva 2021-ci ildə “Çelsi” ilə Çempionlar Liqasının qalibi olub. Futbolçunun klubla müqaviləsi 2024-cü ilin yayına kimi nəzərdə tutulub. Tiaqo Silva bu mövsüm “Çelsi”nin heyətində 32 oyun keçirib və 4 qol vurub.

Aut.az