Aprelin 21-də keçirilən “El klsiko”da “Barselona”nın qolunun sayılmaması hələ də geniş müzakirə olunur.
Aut.az xəbər verir ki, “Barsa”nın prezidenti Joan Laporta da məsələyə münasibət bildirib.
“Barselona” klubunun prezidenti kimi, dünya futbolunun ən mühüm oyunlarından birində VAR texnologiyasından qeyri-adekvat istifadə olunmasından narazılığımı bildirmək istərdim.
Bildiyiniz kimi, mən heç vaxt VAR-ın tətbiqinin böyük pərəstişkarı olmamışam. Amma hazırda bizdə bu sistem var və ədalətsiz qərarlara səbəb ola biləcək səhvlərdən qaçmaq üçün ondan istifadə edirik.
Bugünkü çıxışımda uzun müddət istifadə olunmasına baxmayaraq, bu alətin ziddiyyətli meyarlar səbəbindən çaşqınlıq yaratmağa davam etdiyini vurğulayıram.
” Barselona” da bütün dünyada milyonlarla azarkeşin izlədiyi liqamızın əhəmiyyətini və uğurunu vurğulamaq istərdi, lakin VAR-dan istifadə onun üçün zərərli olarsa, tənqidi fikirlərimizi bildirməliyik”, – “Barsa” prezidenti deyib.
Daha əvvəl “Barselona”nın prezidenti “Real”la oyunda (2:3) Lamin Yamalın zərbəsindən sonra hakimlərin qolu hesaba almamasından narazılığını bildirərək, klubun matçın təkrar keçirilməsini tələb edə biləcəyini bildirmişdi.
Aut.az
.