İngiltərəİspaniya

“Real” onu belə yola gətirib: Yaxınları ilə görüşüblər və…

“Real” 2024-cü ilin noyabrında Trent ilə müqavilə imzalayacağına əmin olub.

Aut.az xəbər verir ki, bu barədə “Athletic” məlumat yayıb. 26 yaşlı müdafiəçi bu gün mövsümün sonunda pulsuz olaraq “Liverpul”dan ayrılacağını açıqlayıb .

Qeyd olunur ki, Daniel Karvaxal 2024-cü ilin oktyabrında çarpaz bağını cırdıqda “Real” rəhbərliyi Alexander-Arnoldu ən qısa zamanda almaq qərarına gəlib .

“Real”ın yüksək vəzifəli şəxsləri inanırdılar ki, “Liverpul” Premyer Liqada çox irəlidədir və onu qış transfer pəncərəsi zamanı satmağa razılaşa bilər.

Madrid klubunun təklifi rədd edildikdən sonra, “Real” diqqətini yayda oyunçunu transfer etməyə yönəldib. Klub Trentin nümayəndələrinə layihənin idman və iqtisadi tərəflərini ətraflı izah edib və ondan müqaviləni yeniləməməyi xahiş edib.

2025-ci ilin mart ayına qədər Karlo Ancelotti, sövdələşmənin demək olar ki, tamamlandığı barədə direktorlar şurası tərəfindən məlumatlandırılıb.

Aut.az