Məktəb meydançasındakı uşaq – Əfsanə Fernandeşin satılmasını istəyir
“Mançester Yunayted”in əfsanəsi Pol Skoulz hesab edir ki, oyunçunuz üçün 100 milyon funt sterlinq təklif edərlərsə, onu satmalısınız, bu, komandanın kapitanı Bruno Fernandeş olsa belə.
Aut.az xəbər verir ki, Skoluz bu barədə Ceymi Karragerlə iştirak etdiyi proqramda deyib.
“Onun üçün 100 milyon funt-sterlinq verirlər. “Mançester Yunayted” belə bir təklifdən imtina edə bilməz. Onun parlaq oyunçu olduğunu və komandanı çiyinlərində daşıdığını bilirəm, amma o, əslində harada oynayır, onun mövqeyi necədir? Onu “onluq” hesab edirsiniz? Onu müdafiəyə istiqamətli yarımmüdafiəçi hesab edirsiniz?
Bu, praktiki olaraq bütün sistemi çaşdırır. Məni səhv başa düşməyin, o, əla idi. Amma onun üçün 100 milyon təklif edəndə əlinizi çırpıb götürürsünüz”, – Skoluz deyib.
Daha sonra söhbətə Ceymi Karraqer daxil olub. Onu Bruno Fernandeşin daimi tənqidçisi adlandırmaq olmaz, amma o da kapitanı tənqid edib.
“Mən həmişə Bruno Fernandeşi böyük istedad kimi təsvir etmişəm, amma böyük oyunçu deyil. O, meydançada harada oynayır? Məktəb meydançasında uşaq kimi meydanın hər tərəfinə qaçır. Məktəb meydançasında hər şeyi edən, lakin çox zəif komandada oynayan ən yaxşı oyunçu. Düşünmürəm ki, o, heç vaxt “10 nömrə” kimi intizamlı olmayıb”, – Karrager deyib.
Aut.az
