Vaxtında 10 milyon vermədilər, indi 80 milyon…
Lissabon “Sportinq”inin mərkəz müdafiəçisi Usman Diomande İngiltərə klublarının maraq dairəsinə düşüb.
Aut.az xəbər verir ki, xüsusilə “Arsenal” futbolçunu yaxından izləyir. Bu barədə “ojogo.pt” məlumat yayıb.
Afrikalı futbolçu daha əvvəl “topçular”a təklif edilb. Lakin “Arsenal” ona görə təxminən 10 milyon avro ödəməkdən imtina edib. İndi “Sportinq” Diomandenin sərbəstqalma maddəsini 80 milyon avro olaraq təyin edib.
Qeyd edək ki, Usman sentyabrda Fil Dişi Sahili millisində debüt edib. O, bu mövsüm “Sportinq”in heyətində 6 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
