İngiltərə

Bekhem “Yunayted” haqda: hər şeyi dəyişdiyini göstərən…

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Devid Bekhem “qırmızı şeytanlar”ın İngiltərə Premyer Liqasının cari mövsümündəki çıxışını şərh edib.

13-cü turda “Kristal Pelas”la qarşılaşmada Ruben Amorimin yetirmələri 2:1 hesablı qələbə qazanıb.

Aut.az xəbər verir ki, “Sky Sports” Bekhemdən sitat gətirib.

“Düşünürəm ki, baş məşqçinin hər şeyi dəyişdiyini göstərən əlamətlər var. O, bəzi düzəlişlər etdi və biz daha yaxşı nəticələr əldə etməyə başlayırıq. Hələ çox uzun bir yol var və o qədər də yaxşı oynamadığımız bir neçə oyun oldu. Amma düşünürəm ki, bizim yaxşı məşqçimiz var və o, getdikcə hər şeyi dəyişdirir”, – Bekhem bildirib.

“Mançester Yunayted” hazırda 21 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.

Aut.az