Dünya futbolu

“Qolden Boy” mükafatı ona verildi – FOTO

PSJ və Fransa millisinin vingeri Dezire Due bu gün Avropanın ən yaxşı gənc futbolçusu mükafatını alıb.

Aut.az xəbər verir ki, “Qolden Boy 2025” mükafatının təqdimetmə mərasimi Turin şəhərində keçirilib.

Due 2024-cü ilin yayında “Renn”dən PSJ-yə 50 milyon avroya transfer olunub. Yarımmüdafiəçi parislilərin tarixdə ilk dəfə Çempionlar Liqasını qazanmasında böyük rol oynayıb. “İnter”lə finalda (5:0) 2 qol vurub və 1 məhsuldar ötürmə edib. 20 yaşlı futbolçu həmin oyunun ən yaxşısı seçilib.

“Qolden Boy” mükafatı 2003-cü ildə italyan “Tuttosport” nəşri tərəfindən təsis olunub və hər il Avropanın yüksək liqalarında çıxış edən 21 yaşadək ən yaxşı gənc futbolçuya verilir.

"Qolden Boy" mükafatı ona verildi - FOTO