Dünya futboluDünya cempionatı

And içdi: Qol vuracağımı əvvəlcədən demişdim

Argentina millisinin hücumçusu Lautaro Martines mətbuata açıqlamasında 2026-cı il dünya çempionatının yarımfinalında İngiltərəyə vurduğu qələbə qolu haqda danışıb.

Aut.az xəbər verir ki, onun sözləri FİFA-nın saytı tərəfindən sitat gətirilib.

“İnter”in hücumçusu yarımfinal oyunundan əvvəl qol vuracağını bildiribmiş .

“And içirəm ki, bu qolu vuracağımı bilirdim. Aleksis Makallisterə qol vuracağımı dedim. Meydana çıxıb komandaya qələbə qazandıracağımı dedim. Və belə də oldu – top mənə çatdı.

Entso da əla qol vurdu. İndi bir az sakitləşdiyim üçün deyə bilərəm: “Bu komanda nədən ibarət olduğunu bir daha göstərdi”, – Lautaro deyib.

Martines,  həmçinin argentinalıların matçın sonunda Tomas Tuxelin komandasından qələbəni necə qopardıqlarını da izah edib:

“Onlar youldular. 60 dəqiqə təzyiq göstərdilər. Bundan sonra enerjiləri qalmadı. Yaxşı başladılar və hətta qol vurdular. Sonra geri çəkildilər və bu, bizə topu saxlamaqda daha çox rahatlıq verdi. Oyunu meydanın bütün genişliyində qurduq və nəticədə iki qol vurduq. İndi üç il yarım sonra, yenidən Dünya Kubokunun finalında oynayacağıq”.

Aut.az