Dünya futbolu

Amerika kuboku: 1/4 final cütlükləri

İyulun 2-dən 3-nə keçən gecə ABŞ-da keçirilən Amerika Kubokunda qrup mərhələsinin oyunları başa çatıb.

Aut.az xəbər verir ki, D qrupunda Braziliya-Kolumbiya oyunu heç-heçə (1:1) başa çatıb, Kosta-Rika isə Paraqvayı 2:1 hesabı ilə məğlub edib. Bu görüşlərin nəticələrinə əsasən, Amerika Kubokunun 1/4 final cütləri müəyyənləşib.

Argentina – Ekvador

Venesuela – Kanada

Uruqvay – Braziliya

Kolumbiya – Panama

Turnirin yarımfinalında 1/4 finalın birinci və ikinci cütlüyünün qalibləri, həmçinin üçüncü və dördüncü cütlüklərin qalibləri üz-üzə gələcək. Qrup mərhələsinin nəticələrinə əsasən Çili, Peru, Meksika, Yamayka, ABŞ, Boliviya, Kosta-Rika və Paraqvay yığmaları turnirdə iştirakını başa vurub.

Aut.az