“Əl-Nəsr” Ronaldoya belə dəstək oldu – FOTO
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonu dəstəkləyib.
Avro-2024-ün 1/8 finalında Portuqaliya Sloveniyaya penaltilər seriyasında qalib gəlib (0:0, 3:0). Portuqaliyalının 105-ci dəqiqədə hesabı açmaq şansı olsa da, Kriştiano Ronaldo penaltini qaçırıb və onun zərbəsini Yan Oblak dəf edib. Uğursuz penalti zərbəsindən sonra 39 yaşlı forvard göz yaşlarına boğulub və komanda yoldaşları ona təsəlli verməli olub.
“Nə olursa olsun, siz əbədi olaraq tarixin ən yaxşısı olaraq qalacaqsınız! İrəli, Portuqaliya! – “Əl-Nəsr”in mətbuat xidməti tərəfindən Ronaldonun sosial şəbəkədə yayımlanan fotosunun altyazısında deyilir.
Aut.az
