Dünya futbolu

Fransa Argentinadan FİFA-ya şikayət etdi

Fransa Futbol Federasiyası sosial şəbəkələrdə Argentina millisinin futbolçularının Fransa yığmasının futbolçularının mənşəyi haqqında səsləndirdiyi videoya görə Beynəlxalq Futbol Federasiyasına (FİFA) müraciət edəcək.

Aut.az xəbər verir ki, argentinalı futbolçular Amerika kubokunu qazandıqdan sonra avtobusda irqçi mahnı oxuyublar. Mahnının sözləri Fransa komandasının bəzi oyunçularının Afrika mənşəyinə lağ edir. AFP-nin məlumatına görə, Fransa Futbol Federasiyası Argentina Futbol Assosiasiyasına müraciət göndərəcək və FİFA-ya şikayət edəcək.

Aut.az