Dünya futbolu

İkinci Messi yetişir? – VİDEO

“İnter Mayami”nin futbolçusu Lionel Messinin oğlu diqqət mərkəzinə düşüb.

Aut.az xəbər verir ki, Florida təmsilçisinin aşağı yaş qrupları üzrə komandasında çıxış edən 8 yaşlı Mattedo baxımlı qol vurub. “Kiçik Messi” ləqəbli azyaşlı futbolçu akrobatik zərbəylə fərqlənib. Rəqib qapıçının yerində olmamasından Mateo səmərəli istifadə edib.

Mateonun qolu sosial şəbəkələrdə müzakirə edilib və Messinin əzəli rəqibi Kriştiano Ronaldonun vurduğu qollara bənzədiyi bildirilib.

Mateo 11 sentyabr 2015-ci il tarixində anadan olub. O, Messi ailəsində ikinci uşağıdır.