Üç nəhəngin 18 yaşlı gənc uğrunda mübarizəsi başladı
“Kolorado Repids”in mərkəz müdafiəçisi, 18 yaşlı Lukas Herrinqton bir neçə Avropa klubunun marağına səbəb olub.
Aut.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb.
Gənc oyunçu ilə “Barselona”, “Liverpul” və “Mançester Yunayted” də maraqlanır.
“Kolorado Repids” rəhbərliyi transfer təkliflərini, əgər onlar gəlirli olarsa, nəzərdən keçirməyə hazırdır. Müqavilədə Herrinqtonun sabit oyun təcrübəsi qazanmaq üçün daha bir il Amerika klubunda icarədə qalmasına icazə verən bənd də ola bilər.
Ötən mövsüm Lukas Herrinqton bütün turnirlərdə 28 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.
Aut.az
