Dünya futbolu

“Qızıl top”a namizədlərin yeni reytinqi: Mbappe 3-cü, Messi…

Nüfuzlu “Goal” portalının mütəxəssisləri 2026-cı il üçün “Qızıl top” mükafatını qazanmağa namizədlərin yenilənmiş reytinqini açıqlayıblar.

Aut.az xəbər verir ki, həmişəki kimi, reytinqdə 20 futbolçu yer alıb. İyun ayının sonunda dərc olunmuş əvvəlki versiya ilə müqayisədə Kriştiano Ronaldo və Rafinya siyahıdan çıxarılıb.

Harri Keyn birinci yerdə qalır. Portalın mütəxəssisləri ingilis futbolçunu “Qızıl top” mükafatına əsas namizəd hesab edirlər. Maykl Olise ikinci, Kilian Mbappe isə üçüncü yerə yüksəlib.

Usman Dembele dördüncü yerə düşüb, Lionel Messi isə beşinci yerə yüksəlib! Argentinalı futbolçu karyerası ərzində səkkiz dəfə “Qızıl top” mükafatını qazanıb.

İlk 10-luğa Erlinq Haaland, Lamin Yamal, Xviça Kvaratsxeliya, Deklan Rays və Luis Dias daxildir.

Aut.az