İngiltərəDünya futbolu

Maraq itməyib: “Yunayted” vunderkind uğrunda mübarizəyə qoşulur

“Mançester Yunayted” “Flamenqo”nun istedadı Lorranla maraqlanır.

Aut.az xəbər verir ki, klub istedadlı yarımmüdafiəçini ötən il də diqqət mərkəzində saxlamışdı.

İngiltərə klubunun nümayəndələri maliyyə hissəsini təklif etməyə hazırdırlar, həmçinin oyunçuları Antonini müqaviləyə əlavə etməyi planlaşdırırlar.

Lakin “şeytanlar”la yanaşı, “Vest Hem” və “Brayton” kimi kublar da futbolçuya iddialıdır.

Bu mövsüm Lorran bütün yarışlarda 37 oyun keçirib. Beş qol vurub və dörd məhsuldar ötürmə verib.

Aut.az