Minlərlə azarkeş otelin qarşısına toplaşdı, Ronaldo eyvana çıxdı və… – VİDEO
Dünya Kubokunun 1/16 final mərhələsinin Xorvatiya ilə oyunundan sonra minlərlə portuqaliyalı azarkeşi Torontoda milli komandanın otelinin qarşısına toplaşıb.
Aut.az xəbər verir ki, Portuqaliya milli komandasının oyunçuları azarkeşləri salamlamaq üçün otelin eyvanına çıxıblar.
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo azarkeşlərə əl yelləyərək qışqırıb: “Vamos!” (İrəli!)
Portuqaliya iyulun 6-da Dünya Kubokunun 1/8 finalında İspaniya ilə qarşılaşacaq.
Aut.az
