Almaniya

Naqlesman ayrıldı, Klopp gəlir – Rəsmi açıqlama

Almaniya Futbol Assosiasiyasının (DFB) rəsmi saytının verdiyi məlumata görə, Yulian Naqelsmann Almaniya milli komandasının baş məşqçisi vəzifəsindən azad edilib.

38 yaşlı məşqçi Almaniya Futbol Federasiyası rəhbərliyi ilə məxfi görüş zamanı istefa verib. Bu həftənin əvvəlində Almaniya millisi DÇ-2026-nın 1/16 finalda Paraqvaya uduzduqdan (1-1, penaltilərdə 3-4) sonra turnirdə mübarizəni dayandırıb.

DFB Yurgen Klopp ilə danışıqlar aparmaq niyyətində olduğunu açıqlayıb. “O, artıq bu vəzifəni tutmağa hazır olduğunu bildirib”, – deyə təşkilatın açıqlamasında qeyd olunub.

Aut.az