Məbləği qaldırdılar, görək nə deyirlər
“Bayern” “Tottenhem”in hücumçusu Harri Keyni heyətinə qatmaq istəyir.
Aut.az xəbər verir ki, Almaniya klubu ingilis futbolçunun transferi üçün növbəti təklifini göndərib. “Pivəçilər” Keynə görə 100 milyon avro və 20 milyonluq bonuslar da təklif edib.
Almaniya çempionu “mahmızlar”ın oyunçu ilə bağlı tez qərar verməsini istəyir. Münhenlilər “Tottenhem”in cavabı gecikəcəyi halda, başqa futbolçularla danışıqlara başlayacaq.
Keyn isə bu məsələnin avqustun 13-dən – Premyer Liqanın startından əvvəl bitməsini istəyir
