İngiltərə

Premyer Liqada azarkeşləri ən çox həbs olunan klublar: Görün əsl “xuliqan” hansıdır

2024/25 Premyer Liqa mövsümündə “Mançester Yunayted” azarkeşləri hamıdan çox həbs edilib.

Aut.az xəbər verir ki, ötən mövsüm “qırmızı şeytanlar”ın 121 azarkeşi xuliqanlığa görə həbs edilib.

“Mançester Siti” 94 azarkeşlə ikinci , “Vest Hem” isə 77 azarkeşlə üçüncü yerdədir.

İlk 10-luğa həmçinin “Çelsi” (76 azarkeş), “Aston Villa” (71), “Everton” (56), ” Liverpul ” (45), “Arsenal” ( 42), “Nyukasl” və “Tottenhem” (hər biri 41) daxildir.

“Bornmut” azarkeşləri keçən mövsüm ən az həbsə məruz qalıblar – 7.

Aut.az