İngiltərəAlmaniya

“Liverpul”un əsas transfer hədəfi açıqlandı: PSJ və “Siti” də onu istəyir

“Liverpul” “Leypsiq”in cinah hücumçusu Yan Diomande ilə müqavilə bağlamağa çalışır.

Aut.az xəbər verir ki, “Sky Sport”un məlumata görə, 19 yaşlı futbolçu “qırmızılar”ın yay transfer dövrü üçün əsas hədəfi hesab olunur. Bununla belə, PSJ və “Mançester Siti” klubları da vəziyyəti yaxından izləyir. Lakin hələlik heç bir klub “Leypsiq”lə razılıq əldə edə bilməyib.

Bundesliqa təmsilçisi Diomandeni komandada saxlamaq istəyir və onunla müqavilənin müddətini uzatmağa çalışır.

Geridə qalan mövsümdə Diomande bütün turnirlərdə 36 oyunda iştirak edib, 13 qol vurub və 10 məhsuldar ötürmə verib. “Transfermarkt” portalının qiymətləndirməsinə görə, futbolçunun bazar dəyəri 90 milyon avrodur.

Aut.az