Dünya futbolu

Eldar Tağızadə oynadı?

Azərbaycanlı qolkiper Eldar Tağızadə İspaniyada növbəti oyununu keçirib.

Aut.az xəbər verir ki, onun komandası “Luqo B” səfərdə “Atletiko-Arteyxo” ya qalib gəlib (2:0).

U-21 yığmamızın qapıçısı 90 dəqiqə meydanda olub.

28-ci turdan sonra “Luqo B” 36 xal toplayaraq 10-cu pillədə qərarlaşıb.