Boks

Əfsanədən Tayson üçün soyuq duş: Usik belə qalib gələcək

Üç çəki dərəcəsində keçmiş dünya çempionu Dyuk Mekkenzi  (39-7, 20 KO) WBC kəmərinin sahibi Tayson Fyuri ilə WBA, WBO və IBF çempionu Aleksandr Usık arasında keçiriləcək döyüşlə bağlı proqnoz verib.

Aut.az xəbər verir ki, əfsanəvi boksçu Usikin aşkar favorit olduğunu bildirib.

“Bu döyüşdə Usik qalib gələcək. Heç kimə soyuq duş vermək istəmirəm, amma Usikin qalib gələcəyini görürəm, çünki o, çoxyönlü döyüşçüdür.

Düşünmürəm ki, Fyuri indiyə qədər onun kimi rəqiblə döyüşüb. Usik bu döyüşdə qətiyyətli olacaq. Aleksandr yaxşı formadadır və istənilən ağır çəkili ilə ayaqlaşa bilər.

Usik yüksək boks IQ-ya malikdir. O, çox ağıllıdır, çox səviyyəlidir, əla vurur, vaxtı yaxşı bölür.

Məncə, o, Fyuriyə qarşı bunu edəcək: onun qabaritini aradan qaldırmaq üçün yaxınlıqdan döyüşəcək. Mən bu mübarizəni belə görürəm”, – sabiq çempion deyib.

Taysonla Usik arasında döyüş mayın 18-də keçiriləcək.

Aut.az