Fyurinin atası “Dəmir Mayk”ı satqın adlandırdı
Ağır çəkidə WBC çempionu Tayson Fyurinin atası Con Fyuri Mayk Taysonu ittiham edib.
Aut.az xəbər verir ki, ata Fyuri oğlu ilə döyüşəcək Nqannounun məşqçilər heyətinə qoşulduğuna görə “Dəmir Mayk”ı “satqın” adlandırıb.
“Mən Mayk Taysonla döyüşmək istərdim. Mayk Tayson, mən dağların kralı olacağam. O satqındır, mən bunu gələn həftə Səudiyyə Ərəbistanında ona deyəcəyəm”, – Con Fyuri “Fight Hub TV”-yə müsahibəsində deyib.
Oktyabrın 28-də Fyuri Səudiyyə Ərəbistanında keçmiş UFC çempionu Frensis Nqannou (17-3) ilə 10 raundluq döyüş keçirəcək. Döyüş üç hakimin iştirakı ilə peşəkar boks qaydalarına uyğun keçiriləcək. Mayk Tayson Nqannuya bu döyüşə hazırlaşmağa kömək edir.
Aut.az
