Boks

Komaya düşən qadın boksçu xəstəxanadan çıxdı

Amerikalı boksçu Aysis Sio xəstəxanadan evə buraxılıb.

Aut.az xəbər verir ki, Sio 21 martda ABŞ-ın San Bernardino şəhərində keçirilən boks yarışında həmyerlisi Coslin Kamarilloya nokautla məğlub olmuşdu. Döyüşdən sonra o,  xəstəxanaya aparılıb və süni komaya salınmışdı.

TMZ Sio ailəsinin sözlərinə istinadən bildirib: “Döyüşdən sonra Coslinə qarşı yönəlmiş neqativlik İsisi əsəbiləşdirir və o, azarkeşlərin hər iki idmançıya hörmət göstərməyə davam edəcəklərinə ümid edir”.

Aysis Sionun 19 yaşı var. Amerikalı idmançı gənclər arasında yüngül çəki dərəcəsində (49 kq-a qədər) yarışır. Onun bir qələbəsi və üç məğlubiyyəti var.

Aut.az