Ronaldonun Corcinası bu dəfə fərqli imicdə – FOTOLAR
Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Kriştiano Ronaldonun nişanlısı Corcina Rodrigez növbəti dəfə diqqət mərkəzinə düşüb.
Aut.az xəbər verir ki, o, bu dəfə “Hia Magazine”in ərəb nəşrinin üz qabığında görünüb. Argentinalı model yeni möhtəşəm görüntülərlə fanatlarını heyrətə gətirib
“Səudiyyə Ərəbistanında yerli üslub və mədəniyyəti izləyirəm. Sonra onu öz üslubumla birləşdirirəm. Ər-Riyadda ailənizlə əylənmək üçün çox fəaliyyətlər var. Biz şəhəri kəşf etməyi, çoxsaylı restoranlara, ticarət mərkəzlərinə baş çəkməyi və gəzinti etməyi xoşlayırıq. Biz yerli həyatı sevirik”, – deyə Ceorcina jurnala verdiyi müsahibədə bildirib.







