Dünya cempionatı

FTB DÇ-2026-da 600-dən çox dron ələ keçirib

ABŞ kəşfiyyat orqanları 2026-cı il Dünya Kuboku stadionları və fan zonaları yaxınlığında 600-dən çox dron ələ keçirib.

Aut.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Oyun günlərində dronlar da daxil olmaqla, istənilən təyyarənin stadionlardan təxminən 5,6 kilometr radiusda və xüsusi icazə olmadan 914 metrə qədər yüksəklikdə uçuşları qadağandır.

FTB-nin məlumatına görə, təkcə Mayamidə 130 dron ələ keçirilib. Dallasda beş oyun zamanı daha 70 dron müsadirə edilib. Hava məkanı məhdudiyyətlərini pozan operatorlar 100.000 dollara qədər cərimə, cinayət məsuliyyəti və avadanlıqların müsadirə edilməsi ilə üzləşirlər. İcazəsiz dronları aşkar etmək və zərərsizləşdirmək üçün Dünya Kuboku obyektlərinin yaxınlığında xüsusi FTB bölmələri yerləşdirilib.

Aut.az