Bu da dünya kubokunun LEGO formatı – FOTO
LEGO və FİFA əməkdaşlıq elan edərək DÇ-2026 kubokunun konstruktor versiyasını təqdim ediblər.
Aut.az xəbər verir ki, Jül Reminin adını daşıyan məşhur titulu LEGO kublarından 1:1 ölçüsündə hazırlanıb. Dəstdə ümumilikdə 2842 detal var. Artıq sifarişli satış üçün əlçatandır.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 11 iyun – 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə ilk dəfə 48 komanda iştirak edəcək. Turnirin püşkü dekabr 5-də atılacaq.

