Dünya futbolu

Rusiyada biabırçılıq: Qaradərili futbolçuya…

Sankt-Peterburqun “Zenit” klubunun braziliyalı yarımmüdafiəçisi Vendelin irqçi təhqirə məruz qalıb.

Aut.az xəbər verir ki, Rusiya kubokunun 1/4 finalında Ulyanovsk “Volqa”sı ilə keçirilən oyunda azarkeşlər qaradərili futbolçuya banan atıblar.

Onların belə davranışı futbolçunun agenti Tiaqo Ribeyronu qəzəbləndirib. O, “Championat”a açıqlamasında belə deyib:

“Volqa” azarkeşlərinin belə münasibəti biabırçılıqdır. Futbol bayramını korlayan bəzi axmaqların geri qalmış zehniyyəti insanlığa ləkədir”.

Aut.az