FİFA xanım hakimlərə daha iki oyun həvalə etdi
Amerikalı Tori Penso və meksikalı Katya Qarsiya 2026-cı il Dünya Kubokunun qrup mərhələsinin üçüncü tur oyunlarına təyinat alıblar.
Aut.az xəbər verir ki, FİFA-nın mətbuat xidmətindən verilən məlumata görə, Penso iyunun 25-də keçiriləcək Ekvador-Almaniya oyununun baş hakimi olacaq.
Amerikalı əvvəllər Çexiya-Cənubi Afrika matçını (1:1) idarə etmişdi.
Qarsiyanın briqadası iyunun 26-da keçiriləcək Tunis – Niderland matçında çalışacaq.
Qarsiya Penso və Stefani Frappartdan sonra kişilər arasında Dünya Kuboku matçını idarə edən üçüncü qadın hakim olacaq.
Aut.az
