Dünya cempionatıDünya futbolu

DÇ-2026-dan öncə növbət qalmaqal: Millinin futbolçuları cinayətkar kimi yoxlandı – VİDEO

Özbəkistan millisi Niderland yığması ilə keçiriləcək yoldaşlıq oyunu üçün Nyu-Yorka gəldikdən sonra ciddi təhlükəsizlik yoxlamasından keçib.

Aut.az xəbər verir ki, dünya çempionatı öncəsi təşkil olunan qarşılaşma Nyu-Yorkdakı stadionda baş tutub.

Avtobusdan düşəndən sonra futbolçular və məşqçilər heyəti polis tərəfindən ciddi yoxlamaya məruz qalıb. Təhlükəsizlik tədbirləri çərçivəsində xidməti itlərdən və metal detektorlardan istifadə olunub.

Özbəkistan nümayəndə heyətinin üzvləri şəxsi əşyalarını yerə qoymağa məcbur olublar. Ətraflı yoxlamadan sonra komandaya stadiona giriş icazəsi verilib.

Qeyd edək ki, Özbəkistan millisi 2026-cı il dünya çempionatının qrup mərhələsində Kolumbiya, Portuqaliya və Konqo Demokratik Respublikası ilə qarşılaşacaq.