Ronaldo haradadır? – Kolumbiyalılar soruşublar
Kolumbiya millisinin azarkeşləri 2026-cı il Dünya Kubokunun qrup mərhələsinin üçüncü turunda Portuqaliya ilə 0-0 hesablı heç-heçədən sonra “Ronaldo haradadır?” şüarları səsləndiriblər.
Aut.az xəbər verir ki, hadisənin videosunu yayımlayan “A Bola” veb saytının məlumatına görə, azarkeşləri bunu oyunun keçirildiyi Mayamidəki “Hard Rock” stadionunun yaxınlığında ediblər.
Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Dünya Kubokunun qrup mərhələsinin üç oyununda iki qol vurub. 41 yaşlı futbolçu Özbəkistanla ikinci tur matçında (5:0) dubl edib.
Portuqaliya beş xal qazanaraq K qrupunda ikinci yeri tutub. Robert Martinesin yetirmələri 1/8 finalda Xorvatiya ilə qarşılaşacaq. Oyun iyulun 3-də keçiriləcək.
Aut.az
