Paraqvay Türkiyəni məğlub etdi
DÇ-2026-da keçirilən Paraqvay-Türkiyə oyununu başa çatıb.
Aut.az xəbər verir ki, San-Fransiskoda “Bay Arena”da keçirilən D qrupunun II turunun matçında “ay-ulduzlu”lar məğlub olublar – 0:1.
Paraqvayın qolunu 2-ci dəqiqədə Matias Qalarsa vurub.
Bu, Türkiyənin ardıcıl ikinci məğlubiyyəti olub. Komanda ilk turda Avstraliyaya da məğlub olmuşdu – 0:2.
Aut.az
