Haiti, ardınca da Türkiyə – DÇ onlar üçün bitdi
Türkiyə millisi 2026-cı il dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanmaq şansını itirib.
Aut.az xəbər verir ki, iki turdan sonra türklər bir xal belə qazana bilməyiblər. Onlar ilk oyunda Avstraliyaya 0-2, ikinci turda isə Paraqvaya 0-1 hesabı ilə məğlub olublar.
Buna görə də, Türkiyə D qrupunun son oyununda qalib gəlsə belə turnir cədvəlində sonuncu pilləni tutacaq.
Türkiyə qrup mərhələsinin ikinci turundan sonra turnirdə mübarizəni davam etdirmək şansını itirən ikinci komanda oldu. Buna qədər Hati də qrupdan çıxmaq şansını itirmişdi.
Aut.az
