“İnter Mayami” “Barsa”ya çevrilir
“İnter Mayami” “Barselona”nın daha bir futbolçunu heyətinə qatmaq istəyir.
Aut.az xəbər verir ki, MLS təmsilçisi Serxio Robertonu transfer etmək niyyətindədir. Bu barədə “Marca” məlumat yayıb.
31 yaşlı müdafiəçinin yanvarda Kataloniya klubundan ayrılacağı gözlənilir. Onun mövsümün sonunda bitəcək müqaviləsinə qış trasfer pəncərəsində qarşılıqlı razılaşma əsasında xitam verilə bilər. Buna görə Florida təmsilçisinin xərc çəkmədən “Barsa”nın hazırkı kapitanını transfer etmək imkanı var.
Qeyd edək ki, “İnter Mayami” yay transfer pəncərəsində “Barselona”nın sabiq kapitanları Lionel Messi, Serxio Buskets və Jordi Albanı heyətinə qatıb.
