Şahmat Olimpiadasının 3 əsas favoriti – Anand açıqladı
Şahmat üzrə keçmiş dünya çempionu Vişvanatan Anand Olimpiadada qələbə uğrunda mübarizə aparacaq üç favorit komandanın adını açıqlayıb.
Aut.az xəbər verir ki, qrossmeysterin sözlərini “Rookreview” sitat gətirib.
“Çin komandasının Honkonqda keçirilən Dünya Komanda Çempionatında necə çıxış etdiyini artıq görmüşük – onlar komandanın əsasını təşkil edə bilərlər. Özbəkistan kimi, Çin də qələbə üçün ciddi iddiaçı olacaq.
Özbək şahmatçılarla Hindistan arasında da ciddi rəqabət var, ona görə də mənim fikrimcə, qələbə üçün əsas üç namizəd bunlardır”, – deyə Anand bildirib.
Xatırladaq ki, Vişi 2008-ci ildən 2013-cü ilə qədər dünya çempionu olub və Maqnus Karlsenlə görüşdə titulunu itirib.
46-cı Şahmat Olimpiadası 15-28 sentyabr tarixlərində Səmərqənddə keçiriləcək. Həmin vaxt FİDE Baş Assambleyasının da keçirilməsi planlaşdırılır və Federasiya prezidenti seçiləcək. Bu vəzifəni hazırda rusiyalı Arkadi Dvorkoviç icra edir.
Aut.az
