İspaniyaDünya cempionatı

Ağır zədədən sonra sarsıntı keçirib: Planı pozulduğu üçün

“Real”ın hücumçusu Rodriqo karyerasının ən çətin dövrlərindən birini yaşayır.

Aut.az xəbər verir ki, futbolçu ciddi diz zədəsi alıb və bu səbəbdən bir neçə ay yaşıl meydanlardan kənarda qalacaq, həmçinin dünya çempionatında iştirak etmək şansını itirib.

Braziliyalı forvard “Xetafe”yə qarşı məğlubiyyətlə nəticələnən oyunda (0:1) sağ dizinin ön çarpaz bağını və yan meniskini qoparıb. Bu zədə onun Braziliya millisinin heyətində dünya çempionatında oynamaq arzusunu da puça çıxarıb.

Son iki ildə Rodriqo karyerasını məhz həmin turnirə hazırlaşmaq üzərində plan qurmuşdu. O, PSJ, “Mançester Siti” və Səudiyyə Ərəbistanı klublarından gələn təklifləri rədd edərək ən yüksək səviyyədə hazırlaşmaq üçün “Real”da qalmağa qərar vermişdi. Hazırda futbolçunun əsas məqsədi bərpa prosesini uğurla başa vurmaq və “Santyaqo Bernabeu”ya qayıdaraq karyerasını davam etdirməkdir.

25 yaşlı futbolçuya “Real”ın baş məşqçisi Karlo Ançelotti və yaxın dostu Neymar dəstək olub. Ançelotti şəxsən ona zəng edib, Neymar isə Rodriqonu Braziliya millisində öz varisi hesab etdiyini bildirib. Onların dəstəyi futbolçunun reabilitasiya prosesinin başlanğıcında mühüm rol oynayır.

Aut.az