Dünya cempionatı

Messidən daha bir rekord

2026-cı il Dünya Çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Argentina – Avstriya oyunu keçirilib

Aut.az xəbər verir ki, J qrupunun qarşılaşması argentinalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Argentina millisinin heyətində dubl edən Lionel Messi komandasına qələbə qazandırıb. Leo Dünya çempionatlarında vurduğu qolların sayını 18-ə çatdıraraq turnirin bombardirlik rekordunu daha da yaxşılaşdırıb.

Messinin 18 qolundan 12-si 35 yaşından sonra vurulub ki, bu da Dünya çempionatları tarixində mütləq rekorddur. Bu göstəricidə ikinci yerdə Kamerun millisinin sabiq hücumçusu Roje Milla (5 qol), üçüncü yerdə isə Fransa millisinin hücumçusu Olivye Jiru (4 qol) qərarlaşıb.

Aut.az