Mbappe stadion işçilərinə niyə qəzəblənib? – Sadəcə istəyirdim ki… – VİDEO
Fransa millisinin kapitanı Kilian Mbappe Dünya Çempionatının qrup mərhələsinin 2-ci turunda İraq millisinə qarşı keçirilən oyunun baş tutduğu Filadelfiya stadionunun ot örtüyü ilə bağlı vəziyyətə münasibət bildirib.
Aut.az xəbər verir ki, qarşılaşma güclü ildırım və leysan yağışı səbəbindən iki saatdan çox müddətə dayandırılmışdı. Oyun bərpa olunmazdan əvvəl stadion əməkdaşları meydandakı suyu təmizləməyə başlayıblar. Bu zaman Mbappe onlara meydanın hansı hissələrinin təmizlənməsinin vacib olduğunu göstərib.
“Bu, əsəb və ya narazılıq deyildi. Hücum etdiyimiz hissə tamamilə su altında qalmışdı. Onlar isə 20 dəqiqə ərzində müdafiə olunduğumuz tərəfi təmizləyirdilər, hücum etdiyimiz hissəni yox. Bu isə bizim üçün əlverişsiz şərait yaradırdı. Mən sadəcə istəyirdim ki, meydanın hər iki hissəsinə eyni diqqət ayrılsın. Yox əgər seçim etmək lazımdırsa, onda qoy hücum etdiyimiz tərəfi təmizləsinlər (gülür).
Amma onlar günahkar deyildilər. Sadəcə onlara həmin istiqamətdə işləmək tapşırılmışdı və iki briqada da buna hazır deyildi. Böyük problem deyil. Sadəcə iki saat gözlədikdən sonra stadiona gəlib görürsən ki, meydan qorunmayıb, bu bir qədər qıcıq yaradır. Amma bu hiss tez keçir”, – deyə Mbappe bildirib.
Fransa millisi İraq üzərində 3:0 hesablı inamlı qələbə qazanıb. Qarşılaşmada Kilyan Mbappe iki qol vuraraq dubla imza atıb.
Aut.az
