“Real” ulduz futbolçusuna qiymət təyin etdi
“Real” bu yay cinah oyunçusu Rodriqo Qoesi satmağı düşünür.
Aut.az xəbər verir ki, bu barədə “Relevo” məlumat yayıb.
Mənbənin sözlərinə görə, Madrid klubu braziliyalı futbolçu üçün başlanğıc qiyməti 100 milyon avro müəyyən edib. Rodriqo ilə “Mançester Siti” və “Arsenal” maraqlanır. 24 yaşlı hücumçunun komandadakı rolunu öyrənmək üçün yayda “Real”ı çalışdıracağı gözlənilən Xabi Alonso ilə söhbət etmək istədiyi, bundan sonra qərarın veriləcəyi vurğulanır.
Bu mövsüm Rodriqo bütün turnirlərdə 50 oyun keçirib, 13 qol vurub və 10 məhsuldar ötürmə edib. Futbolçunun klubla müqaviləsi 2028-ci ilin yayına kimidir. “Transfermarkt”a görə, onun bazar dəyəri 100 milyon avrodur.
Aut.az
