Zidan “Real”da işləməyin düsturunu göstərdi: Bunu başa düşmürsənsə…
Zinəddin Zidan “Real”dakı məşqçilik təcrübəsi haqda danışıb.
Aut.az xəbər verir ki, Zidan “kral klubu”unda çalışan məşçinin futbolcuları necə ələ almalı olduğun haqda məsləhət verib.
“Real”da biz həmişə oyunçular üçün əlçatan olmuşuq. Mənim üçün komandanı güclü edən budur – oyunçuların yanında olmalısan. Əgər bunu başa düşmürsənsə, bu peşədə uzun müddət qala bilməyəcəksən.
Biz onlara dəstək olmaq üçün buradayıq: onlara həmişə orada olduğunuzu göstərməlisiniz. Paltardəyişmə otağının həyata keçirmək istədiyinizi qəbul etməsi üçün siz oyunçuları qazanmalısınız. Əgər oyunçular onlara təklif etdiyiniz hər şeylə razılaşmırlarsa – məşq, iş yükü – onda həmişə nəsə çatışmayacaq. Düşünürəm ki, onlar bizimlə bütün səviyyələrdə prosesdən həzz aldılar”, – Zidan deyib.
Aut.az
