“Azerreyl” qalib gəldi
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında növbəti oyunu baş tutub.
Aut.az xəbər verir ki, kişilərin yarışında VIII turdan təxirə salınmış matç keçirilib.
Fövqəladə Hallar Nazirliyinin idman zalında reallaşan görüşdə “Azerreyl” “Xilasedici”ni 3:0 (29:27, 25:22, 25:22) hesabı ilə məğlub edib.
