İspaniya

Rakitiç Pike ilə razılaşdı: Yamal o “Barsa”da start heyətində olmazdı

“Barselona”nın keçmiş hücumameylli yarımmüdafiəçisi İvan Rakitiç Kataloniya klubunun 17 yaşlı cinah oyunçusu Lamin Yamal haqda danışıb.

Aut.az xəbər verir ki, Rakitic “Barsa”nın keçmiş müdafiəçisi Cerard Pikenin fikri ilə razılaşıb.

“Pike haqlıdır, Yamal o “Barsa”nın start heyətində olmazdı. O vaxt Neymar, Suares və Messidən ibarət tarixin ən yaxşı üçlüyü bizdə idi. Amma Lamin inanılmazdır: onu istənilən yerdə cinah yarımmüdafiəçisi, müdafiəyə meyilli yarımmüdafiəçi kimi oynatmaq olar. Onun cəsarətini, davranışını bəyənirəm. O, sadəcə olaraq futboldan həzz almağa davam etməlidir”, – Rakiticin sözlərini “Marca” sitat gətirib.

Bu mövsüm Lamin Yamal bütün turnirlərdə 48 matçda iştirak edib, 14 qol vurub və 24 məhsuldar ötürmə edib. Futbolçunun müqaviləsi 2027-ci ilin yayına qədərdir.

“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.

Aut.az