Ançelotti Ardanı tərifləməkdən doymadı: Top ona aşiqdir
“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti “Alaves”lə 5:0 hesablı oyundan sonra açıqlama verib.
Aut.az xəbər verir ki, Ançelotti matçda qol vuran Arda Güləri tərifləməkdən doymayıb.
“Təbii ki, gənc futbolçularımıza böyük sevgimiz var. Arda çox yaxşı irəliləyişlər edir. Təbii istedadı var. O, çətin anlarda belə qol vurur. Arda Gülərin xüsusi istedadı var, Top ona aşiqdir”, – Ançelotti deyib.
“Alaves” matça ehtiyat oyunçu kimi başlayan və 61-ci dəqiqədə Eduardo Kamavinqanı əvəzləyən Arda 81-ci dəqiqədə komandasının 5-ci qolunu vurub.
Arda bu mövsüm La Liqada 4 qol vurub.
Aut.az
