İngiltərə

37 yaşlı əfsanə ilə bağlı qərar verildi

“Lester Siti”nin 37 yaşlı hücumçusu Ceymi Vardi klubu ilə müqaviləsini uzatmağa yaxındır.

Aut.az xəbər verir ki, bu barədə tanınmış insayder Nikola Şkira “X” sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin sözlərinə görə, “tülkülər”in futbolçuya 2025-ci ilə qədər müqavilə təklif edəcəyi güman edilir. Hazırkı sözləşmənin müddəti iyunda başa çatacaq.

Ceymi Vardi 2012-ci ildən “Lester”də çıxış edir. 2015/2016 mövsümündə hücumçu sensasiyalı şəkildə bu klubla İngiltərə çempionu olub. Bu uğurdandan sonra komanda Çempionlar Liqasının 1/4 finalına da yüksəlib.

Bu mövsüm iniglis futbolçu bütün yarışlarda 37 matçda iştirak edib, 20 qol vurub və 2 məhsuldar ötürmə edib. Vardi bu statistika sayəsində bir illik fasilədən sonra “Lester”in Premyer Liqaya qayıtmasına səbəbkarlardan biri olub.

Aut.az