İngiltərəİspaniya

Vinisiusla bağlı sensasion iddia: Premyer Liqa nəhəngi 150 milyon verir

“Real Madrid”in hücumçusu Vinisius Junior karyerasını İngiltərədə davam etdirə bilər.

Aut.az xəbər verir ki,  “The Guardian” və “Fichajes” də daxil olmaqla bir neçə media orqanı hazırda yeni məşqçi axtarışında olan “Çelsi”nin Vinisiusun transferini təmin edə biləcəyini bildirib.

“Fichajes”in məlumatına görə, “Çelsi” Vinisius üçün 150 milyon avro təklif edə bilər – 125 milyon avro zəmanətli və 25 milyon avro performans bonusları.

“Çelsi” hesab edir ki, Vinisiusun transferi əhəmiyyətli bir açıqlama ola bilər. Britaniya mənbələri Vinisiusun “Real Madrid”dən “Çelsi”yə transferi üçün oxşar məbləği funt sterlinqlə ifadə edirlər. Vinisius hələ də “Real Madrid” ilə müqavilənin uzadılmasına razılıq verməyib. Onun hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Aut.az