“Barsa” “Qızıl top”un sahibi ilə müqaviləni yenilədi: Ən çox maaş alan futbolçu oldu – FOTO
“Barselona” qadın futbolçu Aitana Bonmati ilə müqavilənin uzadıldığını açıqlayıb.
Aut.az xəbər verir ki, 26 yaşlı ispaniyalı 2028-ci ilin yayına qədər “Barsa”da qalacaq. Yeni sözləşməyə əsasən, dünya tarixində ən çox maaş alan qadın futbolçu olacaq.
Qadın futbolunda məvaciblər rəsmən açıqlanmır. Lakin “Relevo”nun yaydığı məlumata görə, Bonmati yeni müqaviləyə əsasən illik 1 milyon avro alacaq.
Aitana Kataloniya klubunun heyətində 275 oyun keçirib və bütün yarışlarda 96 qol vurub. O, klubun bütün zamanların ən yaxşı bombardiridir.
Əsas komandada olduğu müddətdə 23 kubok qazanıb. Bundan başqa, futbolçu ötən il “Qızıl top”u da qazanıb.
Aut.az
