Qaydasız döyüş

UFC-nin gürcü ulduzu məhkəmə qarşısına çıxır

UFC ulduzu İliya Topuriya keçmiş həyat yoldaşının qaldırdığı məişət zorakılığı iddiaları ilə bağlı məhkəmə qarşısına çıxacaq.

Aut.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb.

İspaniyanı təmsil edən Gürcüstan əsilli döyüşçü yanvarın 7-də ilkin dinləməyə gəlməlidir. Həmin iclasda tərəflər qızlarının gələcək himayəsi ilə bağlı qərar qəbul etməlidirlər.

Gözlənilir ki, bu dinləmədə Topuriyaya qarşı ittihamlar irəli sürülməyəcək və Corcina Uskateqinin iddialarının detalları araşdırılmayacaq. Uskateqi məhkəmədən uşağı ilə İspaniyanı Topuriya olmadan tərk etməyə icazə almaq istəyir.

Xatırladaq ki, Topuriya karyerasında fasilə elan edib və Uskateqiyə qarşı qarşı iddia qaldırmaq niyyətində olduğunu bəyan edib. Döyüşçü hesab edir ki, onun iddiaları böhtandır.

Aut.az