Luis Suares DÇ-2026-ya gedəcək?
“İnter Mayami”nin hücumçusu Luis Suares 2026-cı il Dünya Çempionatının final mərhələsində Uruqvay milli futbol komandasının heyətinə düşməyəcək.
Aut.az xəbər verir ki, bu barədə uruqvaylı insayder Rodri Vaskes məlumat verib.
Məlumata görə, 39 yaşlı Suares artıq hətta genişləndirilmiş siyahıda da yer almır. Bildirilir ki, Uruqvay millisinin tarixində ən çox qol vuran futbolçu üçün son Dünya Çempionatı baş tutmayacaq.
2024-cü ilin sentyabrında Suares milli karyerasını başa vurduğunu açıqlamışdı. Lakin o, lazım gələrsə milli komandaya kömək etməyə hazır olduğunu da bildirmişdi.
Suares 2007-ci ilin fevralında Uruqvay millisində debüt edib. O, milli komanda üçün 143 oyunda 69 qol vurub və 39 məhsuldar ötürmə edib. 2011-ci ildə isə Suares komanda ilə birlikdə Kopa Amerika-2011 turnirinin qalibi olub.
